Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.
“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.