Futbol üzrə Azərbaycan I Liqasında VII turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şimal"ı qəbul edib. Qarşılaşma qusarlıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Şimal" isə sonuncu yerdədir.