AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Newsport.az xəbər verir ki, o,  UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right