Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Newsport.az xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşəcək. 2-ci oyun günündə 6 matç keçiriləcək.
"Sumqayıt" "Zaqatala"nin qonağı olacaq. "Neftçi" MOİK-i qəbul edəcək.
"Şamaxı" "Səbail"lə, "Qəbələ" "Mingəçevir"lə üz-üzə gələcək.
29 oktyabr (çərşənbə)
14:00. “Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
14:00. “Xankəndi” – “Difai”
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu
16:00. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu
16:00. “Səbail” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”
19:00. “Neftçi” – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”