"Zirə" yayda transfer etdiyi futbolçu ilə yollarını ayırdı

"Zirə" Vinsent Tillə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Lüksemburqlu vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Vinsent Til yayda "Sabah"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Zirə"yə keçmişdi. 25 yaşlı futbolçu zədə səbəbindən "qartallar"ın heyətində rəsmi oyunlarda debüt edə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right