Azərbaycan millisi III MDB Oyunlarının gümüş medalını qazandı

 

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təşkil olunan III MDB Oyunlarında final matçına çıxıb.

Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığmamız həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.

Bununla Rusiya yığması III MDB Oyunlarının qalibi olub, Azərbaycan millisi isə gümüş mükafat qazanıb. 3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanan Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.

Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right