“Karvan-Yevlax”ın qüsurlu formaları

“Karvan-Yevlax” yeni mövsümdə geyinəcəyi formaları təqdim edib. Premyer Liqaya bu il vəsiqə qazanan bölgə klubu 3 fərqli dəstə üstünlük verəcək.

Newsport.az xəbər verir ki, komandanın əsas geyim dəsti ağ-qara olacaq. Səfər geyimi ağ-qırmızı, ehtiyat dəst göy rəngdədir. “Djevo”dan sifariş edilən geyimlərdə komandanın titul sponsorunun “Azneftemash” olacağı görünür.

Təəssüf ki, yevlaxlılar geyim dəstində loqonu dəyişməyi unudub. Çünki hazırkı klub 2022-ci ildə yaradılıb və 2004-də təsis edilən klubun xələfi deyil. “Karvan-Yevlax” tezliklə loqonu dəyişməyi planlaşdırır, lakin forma köhnə loqo ilə bəzədilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right