"Bakıdakı oyunda yaxşı nəticə qazansaq, səfərdə daha rahat olar" Kapitan

“Omoniya” ilə matça yaxşı hazırlaşırıq. Bilirik ki, “Aris”lə matçdan fərqli olacaq. Rəqib bizi analiz edəcək” – bunu Newsport.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov deyib. 
 
O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna qarşı Bakıda keçirəcəkləri ilk oyundan danışıb: “Çalışıacağıq ki, yaxşı hazırlaşaq, yaxşı oyun göstərək. Hamını sevindirmək istəyirik. Mərhələ 2 oyundan ibarətdir və hər ikisində inamlı olmaq istəyirik. Bakıdakı oyunda  yaxşı nəticə qazansaq, səfərdə daha rahat olar. Bunu etmək istəyirik”. 
 
Müdafiəçi rəqibin favorit sayılmasını normal hal adlandırıb: “Bundan öncəki oyunda “Aris”i favorit görürdülər, indi də “Omoniya”nı cütün favoriti sayırlar. Bizim də yaxşı komandamız var, yaxşı kollektivə sahibik. İnam böyükdür, çünki heyətdə keyfiyyətli oyunçularımız var”. 
 
Abbasov pley-off mərhələsində potensial rəqibləri olan PAOK – “Volfsberqer” cütü ilə bağlı danışmaq üçün tez olduğunu da sözlərinə əlavə edib: “Hələ onlar barədə danışmaq istəmirəm. Çünki bu barədə düşünmürük. Bizə öncə qarşıdakı oyun maraqlıdır. İrəlidə iki günümüz var və sabah da “Omoniya”nı analiz edəcəyik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq”.
 
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” matçı iyulun 7-si saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right