Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının çalışdırıcısı Aqil Nəbiyev 2009, 2010 və 2011 təvəllüdlü uşaqlara təlim məşq toplanışı keçəcək.
Newsport.az-ın məlumatına görə, toplanış AFFA-nın dəstəyi ilə hər gün olmaqla “Liv Bona Dea” arenada baş tutacaq.
Məşqlər avqustun 1-dən 10-a qədər olacaq.
Toplanışda ancaq Bakıda futbol akademiyalarında oynayan və İspaniyanın “Marcet” akademiyasından gələnlər iştirak edəcək.