"Qarabağ"ı Dublindəki oyunda nə qədər azarkeş dəstəkləyəcək?

Sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelbrun” (Shelbourne) komandası ilə "Qarabağ" arasında ilk oyun keçiriləcək.

Newsport.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

"Qarabağ"dan bildirilib ki, Ağdam komandasının azarkeşləri üçün Dublinin "Tolka Park" stadionunda 306 yer ayrılıb.

Bəs, matçda nə qədər "Qarabağ" azerkeşinin iştirakı gözlənilir?

"Qarabağ"ın mətbuat xidmətindən QOL.aza bildirilib ki, stadionda Azərbaycan çempionunun 100-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right