Tahir Süleymanov rəsmən getdi

“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov 2014-cü ilin aprel ayında klub prezidenti Sadıq Sadıqova istefa ərizəsi ilə müraciət etmişdi. Lakin onun istefa məsələsinə daha sonra baxılmasına qərar verilmişdi. Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Koper” matçından sonra vitse-prezident Tahir Süleymanov istefa ərizəsinə yenidən baxılması üçün klub prezidenti Sadıq Sadıqova müraciət edib. Onun istefa ərizəsinə yenidən baxılıb və istefası klub prezidenti tərəfindən qəbul olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right