Kateqoriya: Yazarlar | Tarix: 06.05.2025 12:22
Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində növbəti döyüşünü keçirəcək.
Newsport.az xəbər verir ki, "Qəbələ" İdman Klubunun üzvü Yaponiya təmsilçisi Syuya Kimura ilə qarşılaşacaq.
Döyüş iyunun 14-də Yaponiyanın Sapporo şəhərində baş tutacaq. Təmsilçimiz qalib gələcəyi təqdirdə kəmər uğrunda döyüşmək hüququ qazanacaq.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 9 döyüşün 6-da qələbə qazanıb.
İdmançımızın ümumilikdə aktivində 26 qarşılaşmada 20 qalibiyyət var.