"Beşiktaş"ın futbolçusunun gözüne lazer tutan şəxsə 1 illik cəza verildi

Türkiyə Super Liqasının 34-cü turunun "Fənərbaxça" - "Beşiktaş" matçı zamanı penalti zərbəsini yerine yetirən Jedson Fernandeşin gözüne lazer tutan azarkeşin cəzası məlum olub.

Newsport.az xəbər verir ki, meydan sahiblərinin fanatına 1 il müddətində futbol oyunlarına getmək qadağan olunub. Bu barədə İstanbul İdman Təhlükəsizlik Şöbəsi məlumat yayıb.

Həmin azarkeş 1 il ərzində "Fənərbaxça"nın oyunundan əvvəl və sonra matça getmədiyi ilə bağlı polis idarəsində imza verəcək.

Qeyd edək ki, 36-cı dəqiqədə baş verən olay zamanı Jedson Fernandeş penaltini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşma "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right