“Şahdağ Qusar"ın baş məşqçisi Elnur Abdullayev Azərbaycan 2-ci Liqasının 24-cü turu çərçivəsində keçirilən “Şəfa” ilə oyun (0:0) haqda danışıb.
Newsport.az xəbər verir ki, o, mətbuat konfransında oyunu belə şərh edib:
“Bura gəlməmişdən qabaq qabağıma iki məqsəd qoyulmuşdu: çempionluq və qələbə. Güclü rəqibimiz var idi. İstək mənim üçün önəmlidir. Komandam da çox istəkli idi və onlara təşəkkür edirəm. İnşallah, sevinən tərəf biz olarıq.
Mən bu ab-havada “Xəzər-Lənkəran”da oynamışam. Möhtəşəm idi. Oyunçularım üçün motivasiya verdim. Azarkeşlərə sonsuz təşəkkür edirəm. Azarkeş stadionda mütləq olmalıdır.
Bir var azarkeş, bir də var fanat. Fanatları incitmək olmaz. Təbii ki, bilet satmaq və almaq mənim işim deyil. Bunlar yaxşı şeylər deyil”.