Usman Dembele "Arsenal"la cavab oyunu öncəsi məşqlərə başlayıb.
Newsport.az xəbər verir ki, bu barədə məlumatı "L’Équipe" paylaşıb.
Futbolçu dünən idman zalında, bu gün isə əsas komanda ilə məşqə çıxıb.
Xatırladaq ki, PSJ-nin cinah oyunçusu Çempionlar Liqasının yarımfinalında, "Arsenal"la ilk oyunda (1:0) diz nahiyəsindən zədə alıb.
Yarımfinalın cavab oyunu mayın 7-də Parisdə baş tutacaq.