Vardi Premyer Liqada qalır

Ceymi Vardi yenidən İngiltərə Premyer Liqasında oynaya bilər. Onun çıxış etdiyi “Lester” aşağı liqaya düşsə də, hücumçunun özünün elitada qalmaq şansı yaranıb.

Newsport.az xəbər verir ki, forvard mövsümün sonunda “tülkülər”dən ayrılacağını açıqlamışdı. Komandanın liqanı tərk etməsindən sonra onun vidası rəsmiləşəcək. Bunu fürsət bilən “Lids” 38 yaşlı oyunçuya dəvət göndərmək niyyətindədir. Bu il Premyer Lqaya yüksələn komanda təcrübəli forvardın onlara faydalı olacağına inanır.

2012-ci ildən “Lester”də çıxış edən Vardi daha öncə aşağı liqa klublarında forma geyib. O, “tülkülər”in sürpriz çempionluğunda, həmçinin komandanın iki dəfə elitaya yüksəlməsində böyük rol oynayıb. “Lids” də futbolçunun zəngin təcrübəsindən faydalanmaq niyyətindədir. Rəsmi təklifin yayda göndərilməsi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right