Bruno Fernandes Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Al-Riyadh" paylaşıb.

Bildirilir ki, portuqaliyalı "Əl-Hilal"dan 3 illik müqavilə təklifi alıb. Artıq Səudiyyə klubunun nümayəndələri futbolçunun agentləri ilə əlaqə saxlayıb. "Əl-Hilal" yarımmüdafiəçinin istənilən maliyyə istəyini təmin etməyə hazırdır. Tərəflər razılığa gələ bilsə, Səudiyyə klubu "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.

Qeyd eək ki, Fernandes bu mövsüm "Mançester Yunayted"in heyətində 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right