"Premyer Liqanı bu qədər asanlıqla qazanacağımızı gözləmirdim"

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister çempionluqla bağlı emosiyalarını bölüşüb.

Newsport.az “ESPN”ə istinadən xəbər verir ki, argentinalı məsələ haqda bunları deyib: “Premyer Liqanı bu qədər asanlıqla qazanacağımızı gözləmirdim. Biz hələ prosesin başlanğıcındayıq. Məşqçi dəyişikliyi böyük dəyişiklik oldu. Təkmilləşməyə davam edirik. Ümid edirəm ki, bu, böyük uğurların başlanğıcıdır”.

Qeyd edək ki, “qırmızılar” 34-cü turda “Tottenhem”i məğlub edərək (5:1) vaxtından əvvəl çempion titulunu qazanıb. MakAllister çempionatda 34 oyun keçirib, 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right