Vaqif Cavadov: "Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq"

"Sumqayıt" Misli Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.

- Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?

- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

- Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?

- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right