Keyn ilk kubokunu qazanmasından danışdı

"Bavariya"nın mərkəz hücumçusu Harri Keyn ilk kubokunu qazanması haqda fikilərini bölüşüb.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu komandasının mükafatlandırma mərasimini səbirsizliklə gözlədiyini deyib:

"Bu nə gecə idi?! Necə də mükəmməl bir bayram idi... Əminəm ki, indi hamı bir az çılğındır. Özümü heyrətamiz hiss edirəm.

Biz uzun müddətdir ki, bunun üzərində işləyirik. Çempionluq təbii ki, böyük zəhmətin və böyük fədakarlığın nəticəsidir. Karyeramda ilk titul qazandığım üçün xoşbəxtəm. Mənə göstərdiyiniz dəstəyi yüksək qiymətləndirirəm. Növbəti iki həftəni səbirsizliklə gözləyirəm. "Allianz Arena"da olmaq və azarkeşlər qarşısında bayram etmək istəyirəm”.

Xatırladaq ki, Almaniya çempionatının cari mövsümündə Harri Keyn 29 oyun keçirib, 24 qol vurub və 9 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right