İspaniyanın Fransaya məğlub olduğu qarşılaşmada zədələnən Dieqo Kosta Londona geri dönüb.
Newsport.az saytının məlumatına görə, bundan sonra İspaniyanın baş məşqçisi Del Bosque bu həftənin əvvəlində İspaniyanı 21 yaşlılardan ibarət komandasında forma geyinən Muniri komandaya dəvət edib.
Mərakeş əsilli futbolçu ötən həftə "Barselona"nın "Elçe"ni 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada gözəl oyun sərgiləyərək 1 qol da vurmağı bacarmışdı. 19 yaşlı futbolçu son 1 ayda çıxışı ilə Del Bosquenin diqqətini çəkməyi bacarıb.