Polşalı məşqçi: "Qarabağ"ın oyunu estetik baxımdan yüksək səviyyədə idi"

Polşalı futbol məşqçisi Boquslav Kaçmarek Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex” – “Qarabağ” görüşü haqda danışıb.

Newsport.az-ın məlumatına görə, "Polsatsport"a danışan 72 yaşlı mütəxəssis Poznanda “Lex”in qələbəsilə başa çatan qarşılaşma barədə bunları deyib:

"Azərbaycan komandasının oyunu estetik baxımdan yüksək səviyyədə idi, amma “Lex”in cərimə meydançasının kənarında. “Qarabağ”ın həm müdafiəsinin etibarlı oyununu, həm də topla oyununu xüsusi qeyd etmək lazımdı. Matçın böyük hissəsində biz top saxlaya bilmirdik. Hətta top bizdə olanda da, bunu bacarmadıq. "Lex" futbolçuları dərhal topu itirirdi. Nəticə yaxşıdı. Lakin mən Bakı səfərindən əvvəl həddindən artıq nikbinliyə də qarşıyam. Amma yenə də deyirəm, ən yaxşı oyununu oynamasa belə, “Lex”in vəziyyəti yaxşıdı. Qalib gəlmək mümkün oldu. Nəticə isə təsadüfi deyildi".

72 yaşlı mütəxəssis “Leçiya”, “Stomil”, “GKS Belçatov”, “Diskoboliya”, “Qornik”, “Arka”, “Poloniya” klublarını çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right