Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” növbəti yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, Sloveniya toplanışı zamanı Zaqreb klubu “Spartak”la (Trnava) qarşılaşıb. Xorvatiya çempionu Slovakiya klubu ilə 3:3 hesablı bərabərə qalıb.
Mahirin komandası 34-cü dəqiqədə 0:3 məğlub duruma düşsə də, sonda məğlubiyyətdən qurtula bilib. Emreli 90-cı dəqiqədə 3-cü qolu vuraraq "Dinamo"nu məğlubiyyətdən xilas edib.