"Adana Dəmirspor" heyətini legioner futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisi son dəfə "Aris"də oynamış Badu Ndiayeni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Ndiaye daha əvvəl Türkiyədə "Qalatasaray", "Trabzonspor" və "Fati Karagümrük"də çıxış edib.