Bolqarıstanlı futbolçunun "Səbail"dəki maaşı məlum oldu

Yeni mövsümdən iddialılar sırasında olmağı planlaşdıran "Səbail" heyətini gücləndirməyə davam edir.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi artıq üç legioneri heyətinə qatıb.

Belə ki, "Səbail" Qoba Zakpo, Luvaqa Kizito və Emil Martinovu transfer edib. Sonuncu isə sabiq komandasına qayıtmış olub.

2018/2019 mövsümündə də Bayıl klubunun formasını geyinmiş bolqarın bu mövsümkü illik maaşı məlum olub. Belə ki, yarımmüdafiəçi “Səbail”də illik 80 min dollar qazanacaq. O, son mövsümü Bolqarıstan çempionatında mübarizə aparan “ÇSKA 1948”də keçirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right