Vyaçeslav Koloskov: Belə vəziyyəti futbolçular yox, jurnalistlər yaradıb

“Azərbaycan milli komandası ilə əvvəlki seçmə mərhələlərdəki oyunlara 30 və 50 min azarkeş olmasını yaxşı xatırlayırıq. İndi isə stadiona daha az azarkeş gəlir”.

 

Newsport.az xəbər verir ki, bu sözləri Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti Vyaçeslav Koloskov deyib.

 

O, bir gün öncə baş tutan Rusiya – Azərbaycan (4:0) yoldaşlıq görüşündə “Ximki Arena”ya az sayda azarkeşlərin gəlməsindən danışıb. Koloskov bunu milli komandanın Braziliyada keçirilən DÇ-2014-dəki uğursuzluğu ilə əlaqələndirib: “Başa düşmək lazımdır ki, indi millinin ətrafında mənfi söz-söhbətlər çoxdur. Buna səbəb komandanın dünya çempionatındakı uğursuzluğu və bu üzdən məşqçilərə yönələn tənqidlər, həmçinin Fabio Kapollonun pulunun ödənməməsidir. Belə vəziyyəti futbolçular yox, jurnalistlər yaradıb. Təkcə mən Kapellonun maaşının ödənməsi ilə bağlı 15 zəng almışam. Məgər futbolun problemi budur? Komandanın ətrafında müsbət ab-hava yaratmaq lazımdır. Bu da nəticələrimizə təsir edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right