Kondratyev: “Azərbaycan millisi şanslardan istifadə etdi”

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Oyunda şanslarımız oldu. Sadəcə, qol vura bilmirik. Bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslarından yararlandı. Azərbaycan millisini təbrik edirəm.

- Düşünmürsüz ki, Belarus qrupun ən zəif komandasıdır?

- Oyun keyfiyyəti baxımından bərabər komandalardır. Sadəcə, hücumçular cəhətdən problemlər yaşayırıq.

- Oyundan əvvəl Azərbaycan millisini yaxşı təhlil etdiyinizi demişdiz. Bu sözünüzün üstündə qalırsız?

- Bəli, rəqibi yaxşı analiz etmişdik. Qol epizodunda rəqib oyunçunun sol ayağının yaxşı olduğunu bilirdik. Ancaq mane ola bilmədik.

- Ev oyunlarınızı neytral meydanda keçirməyiniz nəticələrinizə təsir edir?

- Təbii ki. İkinci oyundur ki, belə oynayırıq. Bu, çox çətindir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right