Belaruslu futbolçu: "Azərbaycan oyun strukturu olan komandadı"

Millətlər Liqasının 4-cü turunun Azərbaycan - Belarus matçından öncə keçirilən mətbuat konfransında rəqib komandanın futbolçusu Ruslan Yudenkov mətbuat konfransında iştirak etib. 

Newsport.az-ın məlumatına görə, müdafiəçi millimizə qarşı keçiriləcək matç haqda bunları deyib:

"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundu. Gördüyüm qədərilə Azərbaycan oyun strukturu olan, yaxşı komandadı. Onlar necə futbol oynamaq lazım olduğunu yaxşı bilirlər. Topa sahib olmağı sevirlər. İlk oyunumuzu da götür-qoy etmişik. Necə olacağını sabah görəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right