Slovakiya millisinin üzvü: "Azərbaycana daha çox qol vura bilərdik"

Slovakiya millisinin yarımmüdafiəçisi Albert Rusnak Millətlər Liqasının 3-cü turu çərçivəsində Azərbaycana qarşı  keçirilən matç haqda danışıb. 

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu millimiz üzərində qazanılanı qələbəni şərh edib:

"Çətin oyun alındı. Prinsipcə, biz belə olacağını da gözləyirdik. Azərbaycan bizə arşı layiqli mübarizə apardı. Amma oyunda güclü tərəf biz idik. İlk yarıda yetərincə qol epizodumuz var idi. Daha çox qol vura bilərdik. Azərbaycan millisinin müdafiədə kompakt oynaması daha çox qol vurmağımıza mane oldu. Qazaxıstana uduzduqdan sonra birincilik uğrundakı mübarizəyə davam etmək üçün qələbə lazım idi".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right