İngiltərə Premyer Liqası illik ümumi yığıncağında azarkeşlər üçün davranış qaydalarını sərtləşdirib .
Newsport.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Gələn mövsümdən etibarən qonaq komandaların azarkeşlərini stüardlar müşayiət edəcək. Meydançaya çıxan azarkeşlər təkcə öz klubunun deyil, hər hansı digər komandanın matçlarına gəlməyə ömürlük qadağa qoyulacaq.
Bu qərar Premyer Liqanın ötən mövsümünün sonlarında oxşar hadisələrin daha tez-tez baş verməsi fonunda verilib.
Premyer Liqanın rəhbəri Riçard Masters isə yeni qərarı belə şərh edib: “Azarkeşlər yadda saxlamalıdırlar ki, istənilən vaxt meydançaya qaçmaq qanunsuzdur. Meydan yalnız futbol oynamaq üçün nəzərdə tutulub. Oyunçular, məşqçilər, hakimlər və işçilər öz təhlükəsizliklərindən qorxmamalıdırlar”.