Braziliyanın "Flamenqo" klubu baş məşqçisi Paulu Souza istefaya göndərilib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq U-20 komandasının sükanı arxasında olan Mario Xorxe icra edəcək. "Flamenqo"da bu posta Dorival Juniorun gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Paulu Souza 2021-ci ilin dekabrında baş məşqçi təyin olunub. "Flamenqo" cari mövsüm A Seriyasında 10 turdan sonra 12 xalla 14-cü pillədə qərarlaşıb. Portuqaliyalı mütəxəssisin sözləşməsi 2023-cü ildə başa çatmalı idi.
Baş məşqçi 2021-ci ildə Polşa milllisinə də rəhbərlik edib. Souza Polşa Futbol İttifaqı ilə müqaviləni pozaraq "Flamenqo" ilə anlaşmışdı.