FİFA onları DÇ-2022-dən kənarlaşdırmaq qərarına gəlib

FİFA iyunun 10-da Ekvador yığmasını DÇ-2022-dən kənarlaşdırmaq barədə qərarını elan edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Dünyanın ali futbol qurumu artıq Ekvadorun mundialda iştirak etməyəcəyinə, Çilinin isə onun yerini tutacağına qərar verib.

Daha əvvəl bildirilmişdi ki, Çili yığmasının vəkili Eduardo Karlezzoda Ekvador millisinin müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olması ilə bağlı sübutlar var, ona görə də onun Ekvador millisində oynamaq hüququ yoxdur. Vəkil Kastilonun doğum haqqında şəhadətnaməsini tapıb və bu, onun 1998-ci ilin noyabrında Ekvadorda deyil, Kolumbiyanın Tumako şəhərində anadan olduğunu göstərir.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right