“Keşlə”nin sabiq hücumçusu qovuldu Sərxoş halda qəza törətdiyi üçün

Vaxtilə “Keşlə”nin (indiki “Şamaxı”) formasını geyinmiş paraqvaylı hücumçu Lorenso Frutos Argentinanın “Boka Unidos” klubundan qovulub.

Newsport.az-ın məlumatına görə, buna onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

İçkili halda sükan arxasına əyləşən 32 yaşlı forvard ağır yol qəzası törədib. Vəziyyəti dəyərləndirən klub rəhbərliyi təcrübəli oyunçunun müqaviləsinə xitam verib.

Xatırladaq ki, Frutos 2019/20 mövsümündə “Keşlə”də çıxış edib. O, Azərbaycan təmsilçisində meydana çıxdığı 17 oyuna 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right