Xavinin "Barselona"da istədiyi və istəmədiyi oyunçular

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya təmsilçisinin yayda 8 futbolçu almasını və 10-12 oyunçunu satmasını istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bildirilib ki, Xavi və klub prezidenti Joan Laporta komandanın yenidən qurulmasını müzakirə etmək üçün yaxın saatlarda  iclasda görüşəcəklər. İspan mütəxəssis istədiyi 8 oyunçunun və komandada görmək istəmədiyi 10-12 futbolçunun siyahısını tərtib edib.

Xavinin komandada görmək istədiyi oyunçular arasında Sezar Aspilikueta, Markos Alonso, Andreas Kristensen (üçü də "Çelsi",  Frank Kessie ("Milan"), Ruben Neviş ("Vulverhempton") Rafinya ("Lids Yunayted") və  Robert Levandovski ("Bavariya") var .

Bu oyunçuların bəziləri ilə danışıqlar artıq qabaqcıl mərhələdədir. Xüsusilə, bunlar azad agent kimi "Barselona"ya  keçəcəyi gözlənilən Kristensen və Kessiedir. "Çelsi"yə məxsusu Aspilikueta və Alonso üçün danışıqlar aparılır. Digər transferlər klubun maliyyə imkanlarından asılıdır.

Xavinin artıq güvənmədiyi oyunçular  Neto, Samuel Umtiti, Oskar Minqesa, Kleman Lanqle,  Riki Puç, Adama Traore, Martin Breytueyt və Lyuk de Yonqla şəxsən görüşüb.

"Barselona"nın heyətində gələcəyi qeyri-müəyyən olaraq qalan dörd oyunçu var. Bu, müqaviləsi başa çatan Usman Dembeledir. O, kataloniyalılarla yeni müqavilə imzalayıb-imzalamayacağına hələ qərar verməyib. Bundan əlavə, klub Frenkie de Yonq, Memfis Depay və Serxinyo Dest üçün göndəriləcək maraqlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Xavi qarşıdakı görüşdə bütün bu planları Laportaya təqdim edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right