"Turan Tovuz"un yeni mövsüm üçün hazırlıq planı məlum olub.
Newsport.az saytına verilən məlumata görə, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda hazırlığın ilk mərhələsini Bakıda keçəcək. Belə ki, kollektiv iyunun 18-də paytaxtda bir araya gələcək. Hazırlığın növbəti mərhələsinin harada keçiriləcəyi isə hələ ki, dəqiqləşməyib.
Bakıdakı toplanış daha çox seleksiya xarakteri daşıyacaq. Belə ki, komandanın baş məşqçisi baxışa gələcək futbolçuları yoxlayacaq.