Elxan Məmmədov Rusiyaya da səfər etdi

FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Rusiyaya işguzar səfər edib.

Newsport.az-ın məlumatına görə, o, Rusiya Futbol İttifaqının konfransında iştirak edib.

Məmmədov konfransda çıxış edib: “Sizə FİFA prezidenti Canni İnfantino və baş katib Fatma Samuradan ən xoş arzuları çatdırmaq istərdim. 2018-ci ildə Rusiyadakı dünya çempionatı hamımızın yadındadır. Bu, möhtəşəm tədbir, əla təşkilatçılıq idi. Bütün bunlar hamımızda xoş və isti təəssüratlar yaratdı. Pandemiya zamanı sıx əməkdaşlığınıza görə FİFA adından sizə təşəkkür etmək istərdim. Artıq pandemiya haqqında keçmiş zamanda danışa bilərsiniz. Bu 24 ay asan olmadı, amma siz futbolu davam etdirə bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FİFA adından vəziyyətin tezliklə həllini arzulayıram ki, yaxın gələcəkdə beynəlxalq arenada Rusiya futbolunu yenidən görə bilək”.

Xatırladaq ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb. Elxan Məmmədov Rusiyadan öncə Ukraynada da səfərdə olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right