"Arsenal" ukraynalı futbolçunu istəyir

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ukraynalı futbolçu Aleksandr Zinçenkonu komandasında görmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. İspan mütəxəssis rəhbərlikdən  müdafiədə və yarımmüdafiədə oynamağı bacaran Zinçenkonun transfer edilməsini istəyib.

"Mançester Siti"də çıxış edən 25 yaşlı futbolçunun klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. Onun "transfermarkt"da dəyəri 25 milyon avrodur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right