Haland “Borussiya” ilə vidalaşdı

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland komanda ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, norbeçli futbolçu “tvitter” hesabında bunları yazıb:

“Bu formanı geyinmək şərəf idi. “Borussiya”da unudulmaz anlar yaşadım, xüsusi insanlarla tanış oldum, azarkeşləri demirəm, onlar həmişə meydanda bizim əlavə oyunçumuz olub. “Sarı divar” həqiqətən inanılmazdır. Mən bunu heç vaxt unutmayacam! Hamınıza təşəkkür edirəm!”

Haland 2020-ci ilin yanvarında “Borussiya”ya keçib. O, cari mövsümdə komandasının heyətində 30 matçda 29 qol vurub və 8 məhsuldar ötürmə edib.

Haland növbəti mövsümdən etibarən “Mançester Siti”də çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right