Rusiyanın 4 klubu UEFA-dan CAS-a şikayət etdi

ÇSKA, “Zenit”, “Dinamo” və “Soçi” UEFA-nın Rusiya klublarını avrokuboklardan kənarlaşdırmaq qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib 

Newsport.az xəbər verir ki, bu barədə klubların mətbuat xidməti məlumat yayıb. Klublar şikayətə tez bir zamanda baxılmasını tələb ediblər.

Xatırladaq ki, Rusiya qoşunlarının fevralın 24-də Ukraynaya hücum etməsindən sonra bu ölkəyə qarşı bir çox sanksiyalar tətbiq edilib. Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib. UEFA 2022/23 mövsümündə Rusiya təmsilçilərinin avrokuboklarda iştirak etməyəcəyini açıqlayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah