“Çelsi” 24.4 milyon dollarlıq müqaviləyə hazırlaşır

İngiltərənin “Çelsi” klubu kriptovalyuta qrupu “WhaleFin” ilə 24,4 milyon dollarlıq sponsorluq müqaviləsi imzalamağa yaxındır. Newsport.az “Financial Times”-a istinadən xəbər verir ki, müqavilə Premyer Liqanın növbəti mövsümündən qüvvəyə minəcək.
 
Kriptovalyuta aktiv platforması ilə razılaşma hələ martın əvvəlində, “Çelsi”nin sahibi Roman Abramoviçin klubu satışa çıxarmaq və ona qarşı sanksiyalar tətbiq etmək qərarından əvvəl, 2022-ci ilin yanvarında şərti olaraq əldə edilib.
 
Daha əvvəl bildirilmişdi ki, “Çelsi”nin yeni sahiblik qrupunun bir hissəsi olan “Los Anceles Dodcers”in həmsahibi Todd Boeli London təmsilçisinin sədri Brüs Bak və direktor Marina Qranovskaya ilə klubun gələcəyi ilə bağlı danışıqlar aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right