"Tik-Tok" futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olub

"Tik-Tok" sosial şəbəkəsi bu il İngiltərədə keçiriləcək futbol üzrə qadınlar arasında Avropa çempionatının rəsmi sponsoru olub.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək.

AVRO-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq.

Qeyd edək ki, Avropa çempionatı 6 - 31 iyulda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right