"Barselona"nın Levandovskiyə təklif etdiyi müqavilənin şərtəri

"Barselona"nın direktoru Mateu Alemani "Bavariya"nın futbolçusu Robert Levandovskinin meneceri ilə görüşüb.

Newsport.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Alemani Levandovskinin meneceri ilə Kataloniya klubunun polşalı hücumçuya təklif etdiyi müqavilə şərtlərini müzakirə edib. "Barselona" Levandovski ilə iki mövsümlük müqavilə imzalamaq istəyir. Həmçinin sözləşmənin detallarında bu müqaviləni qarşılıqlı razılaşma əsasında 1 il uzada biləcəkləri qeyd olunur. İspaniya təmsilçisi 33 yaşlı oyunçunun müqaviləsinin müddətinin başa çatmasında 1 il qalmış komandadan ayrılma bilməsi üçün "Bavariya"ya 35 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki,Levandovski 2014-cü ildən "Bavariya"da oynayır. O, bu mövsüm bütün turnirlərdə 43 matçda 48 qol vurub və 6 qolun ötürməsini verib. Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right