"Finala çıxan "Real"ın qalib olmaq şansı daha yüksəkdir” Ançelotti

“Bizim üçün bu yarışda “Real"ın tarixi çox önəmlidir. Klubun illərdir yazdığı tarix oyunçulara formanın ağırlığını hiss etməyə kömək edir. Bu isə oyuna müsbət təsirdir. "Real"ın forması ilə meydana daxil olmaq futbolçunun üzərinə yaxşı mənada məsuliyyət qoyur. Sevinirik ki, bu mərhələyə gəlib çatmışıq. "Real" həmişə 100 faizlik mübarizə aparır".

Newsport.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında bu gün keçiriləcək "Mançester Siti" ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O  bildirib ki, bu cütlüyünü taleyi 1-ci görüşdə yox,  “Santyaqo Bernabeu”da keçiriləcək cavab  qarşılaşmasında müəyyənləşəcək: "Bizim üçün yarımfinala çıxmaq uğur deyil, finala çıxmaq üçün çalışırıq. Məqsədimiz finala çıxmaqdır və həlledici mərhələyə yüksələn "Real"ın qalib olmaq şansı daha yüksəkdir”.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah