"Borussiya" 20 yaşlı hücumçu üçün 41 milyon avro ödəyəcək

Almaniyanın "Borussiya" klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi "Zalsburq"un forvardı Karim Adeyeminin xidmətində maraqlıdır.

Almaniya mətbuatının yazdığına görə, "Borussiya" həm futbolçu ilə, həm də klubu ilə razılıq əldə edib. Bundesliqa təmsilçisi 20 yaşlı hücumçu üçün Avstriya klubuna 41 milyon avro ödəyəcək.

Karim Adeyemi cari mövsümdə "Zalsburq"un heyətində meydana çıxdığı 39 oyunda 20 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right