"Mançester Yunayted" azarkeşləri kapitana görə kampaniya başlatdı

"Mançester Yunayted" azarkeşləri komandanın kapitanı Harri Maquayrın oyunundan narazıdır.

 

Newsport.az xəbər verir ki, fanatlar 29 yaşlı müdafiəçidən kapitanlığın geri alınmasını tələb edir. Azarkeşlər bunun üçün imza kampaniyası başladıb. Hazırda 35 mindən çox insan imza verib.

 

Qeyd edək ki, Harri Maquayr son günlər ölüm təhdidləri də alır. Dünən isə ingiltərəli futbolçinun evinə bomba qoyulması ilə bağlı xəbər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right