“Real”ın Rüdigeri transfer etmək üçün şərti

“Çelsi”nin və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger karyerasını “Real”da davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, İspaniya nəhəngi yay transfer pəncərəsində Rüdigerlə müqavilə imzalamaq imkanlarını araşdırır. 29 yaşlı almaniyalı futbolçu maliyyə tələblərini xeyli azaldacağı təqdirdə, “Real” rəhbərliyi onun nümayəndələri ilə mümkün keçidini müzakirə etməyə hazırdır.

Rüdiger özü də “Real”a transferdə maraqlıdır.

Rüdiger 2017-ci ildə “Roma”dan “Çelsi”yə keçib.

O, bu mövsüm Premyer Liqada 28 oyuna çıxıb, 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right