Futbol üzrə Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da “Mafra” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydandakı qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılmışdı. Səfərdəki oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Renat bu görüşə start heyətdə başlayıb. Millimizin hücumçusu 55-ci dəqiqədə əvəzlənib.
“Tondela”nın finaldakı rəqibi “Portu” və ya “Sportinq” olacaq. Sözügedən komandaların ilk qarşılaşması “Portu”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb
Kubokun final qarşılaşması isə mayın 22-də təşkil olunacaq.