“Mançester Siti” darmadağınla yenidən zirvədə

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün dörd qarşılaşma baş tutub.

Ən maraqlı görüşlərdən biri “Çelsi” ilə “Arsenal” arasında olub. Altı qolun qeydə alındığı London derbisində “topçular” inamlı qələbəyə seviniblər.

Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” doğma meydanda “Brayton”la qarşılaşıb. 3 cavabsız qolla 3 xal qazanan “şəhərlilər” yenidən zirvəni ələ keçiriblər. Hazırda mançesterlilərin 77, ikinci pillədə qərarlaşmış “Liverpul”un isə 76 xalı var. 62 xalda qalan “Çelsi” üçüncü pillədə qalıb.

“Everton”la “Lester Siti”nin görüşündə qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Kristal Pelas”ı minimal hesabla üstələyib.

İngiltərə Premyer Liqası

20 aprel

18-ci tur
Everton – Lester Siti 1:1
Qol: Riçarlison, 90+2 – Barnes, 5.

25-ci tur
Çelsi – Arsenal 2:4
Qol: Verner, 17. Aspilikueta, 32 – Nketia, 13; 57. Smit Rou, 27. Saka, 90+2.

30-cu tur
Nyukasl – Kristal Pelas 1:0
Qol: Almiron, 32.

Mançester Siti – Brayton 3:0
Qol: Mahrez, 53. Foden, 65. B.Silva, 82.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right