"Barselona" azarkeşləri oyunu boykot etdilər

“Barselona”nın azarkeşləri Avropa Liqasının 1/4 finalında “Ayntraxt”la ev oyunda baş verən hadisələrə görə “Kadis”lə matçı boykot ediblər.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. "Kamp Nou"da keçirilən görüşdə Frankfurt təmsilçisinin 30 mindən çox azarkeşi iştirak edib. "Barselona"nın aktiv azarkeşləri isə buna etiraz əlaməti olaraq La Liqada "Kadis"lə bugünkü matça getməyəcəklərini açıqlayıblar. 

Qeyd edək ki, "Barselona" ilk matçda "Ayntraxt"la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və nəticədə turnirdə mübarizəni dayandırıb. Həmin oyundu tribunadan Almaniya təmsilçisinin 30 min azarkeşi izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right