Quliyev “Rostov”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 25-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rostov”la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” geridə qalan 25 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right